Tribuna İnformasiya Agentliyi

“Facebook”un “yaradıcısı” Ekvadordan sığınacaq istəyib

12 Aprel
ABŞ-a ekstradisiya olunmaq təhlükəsi ilə üz-üzə qalan “Facebook”un fırıldaqçılıqda ittham edilən “yaradıcısı” Pol Çelya Ekvadordan sığınacaq istəyib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Roberto Kalderon məlumat verib.
Qeyd edək ki, P.Çelya 2018-ci ilin avqustunda Ekvadorun ərazisində saxlanılıb, ölkənin milli məhkəməsi onun ABŞ-a ekstradisiyasına razılıq verib.
“Çelya Ekvadordan sığınacaq almaq istəyini bildirib. Artıq Ekvador hökumətinə rəsmi müraciət də edilib. Çelya özünün və yaxınlarının həyatına görə narahatdır”, – R.Kalderon deyib.
Xatırladaq ki, P.Çelya 2010-cu ildə “Facebook” sosial şəbəkəsinin təsisçisini məhkəməyə verib və onlar arasında şirkətin yarısının Çelyaya məxsus olmasına dair razılaşma olduğunu iddia edib. Öz növbəsində şirkətin hüquqşünasları “təsisçisi”nin iddiasının əsaslı olması üçün sübutları saxtalaşdırıb və məhv edib. P.Çelyaya qarşı fırıldaqçılıq maddəsi üzrə federal ittiham irəli sürülüb. 2015-ci ildə məhkəmə gözləyərkən ev dustaqlığında saxlanılan şübhəli qaçmağa qərar verib.