Tribuna İnformasiya Agentliyi

“Facebook”da saytlar etibarlılıq reytinqinə görə çeşidlənəcək

03 May

“Facebook” yaradıcısı Mark Sukerberq sosial şəbəkədə KİV-i etibarlılıq reytinqinə görə çeşidləməyə imkan verən sistemin işə salınacağını açıqlayıb.

TİA.AZ  ICTnews-a istinadən xəbər verir ki, sosial şəbəkə təsisçisi ABŞ-ın ən böyük KİV nümayəndələri ilə görüş keçirərək “Facebook”un dərc edilən informasiyanın həqiqiliyi əsasında onların materiallarını yayacağını və ya gizlədəcəyini bildirib.

M.Sukerberq, həmçinin əlavə edib ki, şirkət sosial şəbəkə istifadəçilərinin müxtəlif KİV-ə münasibətləri və onlara inamı barədə məlumatlar toplayıb. Bu da KİV-in çeşidlənmə sistemi tərəfindən nəzərə alınacaq.

Bundan başqa, “Facebook” baş direktoru süni intellekt və insan arasında uyğunluğun hazırlanması ilə bağlı planlarını bölüşüb. Onun sözlərinə görə, şirkət süni intellekt və on minlərlə moderator insan tərəfindən saxta xəbərlər və açıq təbliğatın qarşısının alınması üçün layihəyə milyardlarla dollar investisiya yatırmağa hazırdır.