“Facebook”da çox vaxt keçirən arvadını boğub öldürdübackend

“Facebook”da çox vaxt keçirən arvadını boğub öldürdü

Hindistanda bir kişi “Facebook”da çox vaxt keçirən arvadını öldürüb.

“HaberGlobal”ın yaydığı məlumata görə, Racəstan əyalətində 26 yaşlı Ayaz Əhməd Ansari adlı şəxs arvadı Naina Manqlanini boğaraq avtomobil yolunun kənarına atıb.

Deyilənlərə görə, Ansari və Manqlani son zamanlar tez-tez mübahisə ediblər. Buna səbəb Manqlaninin s“Facebook”da çox vaxt keçirməsi, mobil telefonunun əlindən düşməməsi olub.

Mübahisələri bitmədiyinə görə Manqlani anasının yanına gedib. Ansari ona zəng edərək gəlməsini və aralarında olan məsələni danışaraq həll etmələrini istəyib.

Bundan sonra onlar bir gün gəzərək birlikdə vaxt keçirsələr də, növbəti gün Ansari arvadını boğub öldürüb. Daha sonra şəxsiyyətini müəyyən edə bilməsinlər deyə, küt alətlə qadının sifətini tanınmaz hala salıb.

Hadisənin şahidlərinin polisə xəbər verməsi nəticəsində həmin şəxs tutulub.


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az