“Facebook” xəbər paylaşımını yasaqlaya bilər – Şirkət Google-dən ödəniş tələb edirbackend

“Facebook” xəbər paylaşımını yasaqlaya bilər – Şirkət Google-dən ödəniş tələb edir

“Facebook Inc” bildirir ki, Avstraliyada xəbər naşirləri vəəhalinin bu sosial şəbəkədə və “Instagram”-da xəbərləri paylaşmasını yasaqlaya bilər. Əgər ABŞ texnologiya nəhənginin kontentə görə yerli mediaya ödəniş etməsini nəzərdə tutan təklif qanuna çevrilərsə.

Avstraliya hökuməti iyulda bildirmişdi ki, “Facebook” və “Alphabet Inc”-in Google şirkətlərindən media orqanlarına xəbərləri üçün ödəniş etməsini tələb edəcək. Qonorar tipli bu sistemin bu il qanuna çevriləcəyi gözlənir.

“Bu bizim birinci deyil, son seçimimizdir. Ancaq bu, məntiqə zidd nəticədən qorunmağın yeganə yoludur, bunun Avstraliyada xəbər və media sektorunun uzunmüddətli dinamizminə faydası deyil, ziyanı dəyəcək, – Facebook Avstraliyanın direktoru Vill Easton sentyabrın 1-də yayılmış bəyanatında deyib.

Avstraliya hökuməti ötən il “Facebook” və Google-a bildirib ki, media şirkətlərinin kontentindən istifadəylə bağlı onlarla könüllü razılaşma əldə etsin. Danışıqlar alınmayınca ölkənin rəqabətlilik üzrə qurumu qanun layihələri hazırladı. Bu layihələrə görə, media qurumları jurnalistlərinin əməyi üçün ödənişlə bağlı danışıq apara bilərlər.

Easton deyib ki, təklif olunan qanunvericilik internetin dinamikasını yanlış yozur, xəbər qurumlarına ziyan vuracaq. “Reuters” agentliyi Avstraliyanın Rabitə Nazirliyindən açıqlama ala bilməyib.

“CNN” təklif olunan qanunla bağlı gərginliyin getdikcə qızışdığını yazır. Ötən ay Google (GOOGL) da layihəyə etirazını bildirmiş, Avstraliyadakıəsas axtarış səhifəsində yerli istifadəçilərə xəbərdarlıq etmişdi ki, bu qanun onların axtarış imkanlarına ziyan vuracaq, YouTube istifadəçiləri üçün fəsadları olacaq.

Konkret media orqanları “Facebook” və Google ilə individual, yaxud kollektiv şəkildə razılaşma əldə edə, üç ay ərzində bu alınmazsa, məhkəməyə müraciət edə bilərlər.

Texnologiya nəhəngləri onsuz da xəbər şirkətlərini dəstəkləyən çox iş gördüklərini deyirlər.

“Biz artıq Avstraliyanın xəbər biznesinə milyonlarla dollar sərmayə qoyuruq, qanunvericiliyin müzakirəsi zamanıəlavə milyonlar təklif etdik. Biz Facebook News xidmətini Avstraliyaya gətirməyəümid edirik, platformamızda yalnız xəbərləüçün nəzərdə tutulmuş bu xidmətdə biz naşirlərə kontentə görəödəniş edirik, Easton bloqunda yazıb. O, həmin təkliflərin nəzərə alınmadığını vurğulayıb.

Tənzimləyici orqanlar isə bu addımın Avstraliyada xəbər mediasından ötrüşəraiti bərabərləşdirmək niyyəti güddüyünü bildirir. 2019-cu ilin yanvarından ölkə boyunca 200-dən artıq xəbər mərkəzi ya xidmətləri azaldıb, ya müvəqqəti, ya da həmişəlik bağlanıb.

Ölkənin Maliyyə naziri Coş Freydenberg sentyabrın 1-də deyib ki, islahatlar daha davamlı media mənzərəsinin yaranmasına kömək edəcək.

CNN yazır ki, bu məsələ dünyanın hər yerində diqqətlə izlənir. Bəzi ölkələr indiyədək internet nəhənglərinin naşirlərəödəniş etməsilə bağlı qanunvericilik qəbul etsələr də, məhdud effekt verib. (azadliq.org)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki