“Facebook” və “İnstagram” bağlana bilər: Səbəb görün nədir?backend

“Facebook” və “İnstagram” bağlana bilər: Səbəb görün nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Facebook” və “İnstagram” bağlana bilər.
TİA.AZ  xarici mediaya istinadən xəbər verir ki, Meta Avropadan ABŞ-a məlumat ötürməkdə ittiham olunur. Buna görə də “Facebook” və “İnstagram” üçün təhlükə yarana bilər.
Belə ki, ən populyar sosial media platformalarından biri olan “Facebook” və “İnstagram”ın ana şirkəti olan Meta İrlandiya Məlumatların Qorunması Komissiyası ilə qarşılaşıb.
İrlandiya Məlumatların Mühafizəsi Komissiyası bununla bağlı açıqlama verib:
“Meta istifadəçi məlumatlarını Avropadan ABŞ-a göndərir”.
Komissiya bildirib ki, “Facebook”un sahibi Meta-nın Avropadan ABŞ-a və avropalı həmkarlarına istifadəçi məlumatlarını göndərməsinə mane olacaq.
Bu vəziyyət həm Meta, həm də platforma istifadəçiləri üçün ciddi nəticələrə səbəb ola bilər. Layihədə Metanın ABŞ-a böyük həcmdə məlumat ötürməsinin qarşısını almaq üçün sərt qərarların alınacağı ifadə edilib.
Meta belə bir qərarın Avropa milli məlumatların mühafizəsi tənzimləyiciləri qrupu tərəfindən təsdiqlənəcəyi təqdirdə, bunun Avropada “Facebook” və “İnstagram” xidmətlərinin bloklanmasına səbəb olacağı barədə xəbərdarlıq edib və birgə addım atılacağını vurğulayıb.