“Facebook” Trampın paylaşdığı videonu silibbackend

“Facebook” Trampın paylaşdığı videonu silib

“Facebook” sosial şəbəkəsi ABŞ prezidenti Donald Trampın öz hesabından paylaşdığı videonu koronavirus haqqında yalan iddialar ehtiva etdiyi üçün silib.

TİA.AZ RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Trampın səhifəsindən “Fox News”a verdiyi müsahibədən olan video çıxarılıb.

Belə ki, bu videoda ABŞ prezidenti uşaqların praktik olaraq COVID-19-a qarşı immunitetinin olduğunu söyləyib.

Bundan əvvəl, “Twitter” sosial şəbəkəsi ABŞ prezidenti Donald Trump tərəfindən paylaşılan videonu silmişdi. Buna səbəb müəllif hüquqlarının pozulması ilə bağlı sosial şəbəkəyə göndərilən şikayət olub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki