“Facebook” taliblərin bütün hesablarını silibbackend

“Facebook” taliblərin bütün hesablarını silib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” radikal “Taliban” hərəkatının sosial şəbəkələrdəki bütün hesablarını silib. Bildirildiyi kimi, bu həm də İT nəhənginə məxsus olan “Instagram” və “WhatsApp” messencerinə də aid olub.

TİA.AZ xəbər verir ki, bu barədə “Secretmag” məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl media “Taliban”ın Əfqanıstan sakinlərinə müraciət etmək üçün “WhatsApp”dan istifadə etməsi məlum olub. Bununla “Taliban” yerli əhalinin rəğbətini qazanmağa çalışıb.

“Bizim ABŞ-ın sanksiya qanunlarına riayət etməyimiz tələb olunur. Buraya həmçinin özlərini “Taliban” üzvü kimi təqdim edən şəxslərin hesablarının silinməsi də daxildir. Əfqanıstanda inkişaf edən vəziyyəti nəzərə alaraq, ABŞ-ın müvafiq orqanlarından əlavə məlumat tələb edirik”, – deyə mesajda bildirilir.

Qeyd edək ki, “Facebook” mütəxəssisləri həm də puştu və dari dillərini bilən əfqan ekspertlərinə müraciət ediblər. Onlar “Facebook” və “Instagram”dakı uyğun olmayan kontentin silinməsi ilə məşğul olurlar.

“WhatsApp”da bu cür məhdudiyyətlərin tətbiqi söhbət otaqlarının tamamilə şifrlənmiş olması səbəbindən çətinləşir, çünki bu halda “Facebook” istifadəçilərin mesajlarını idarə edə bilmir. Buna baxmayaraq, messencerin nümayəndəsi İT nəhənginin “sanksiyaya məruz qalan şəxsin və ya təşkilatın “WhatsApp”da hər hansı bir fəaliyyəti həyata keçirməyə çalışdığı ortaya çıxarsa, müvafiq tədbirlərin görüləcəyinə vurğu edib.