Tribuna İnformasiya Agentliyi

“Facebook” sevgilisini görməyə getdi, 6 il həbsdə yatdı – VİDEO

22 Dekabr

Hindistanlı bir şəxs “Facebook” sosial şəbəkəsində pakistanlı qadınla tanış olub.

TİA.AZ  ölkə.az-a istinadən xəbər verir ki, sevgilisini görmək üçün Pakistana qaçaq yolla səfər edən şəxs həbs edilib. 6 il həbsdə yatan şəxs sosial şəbəkədən istifadəyə tövbə edib.

Həmid Nehal Ənsəri 2012-ci ildə “Facebook”da bir qadınla tanış olur və ona vurulur. Sonra isə qadınla görüşmək üçün Əfqanıstandan keçərək Pakistana gizli yollarla gəlir. Amma Pakistanın təhlükəsizlik qüvvələri onu həbs edir. Agent kimi ittiham edilən Ənsəri 6 il həbsdə yatır. Həbsdən azad olduqdan sonra Ənsəri vətəninə qayıdır. Həmid azadlığa çıxdıqdan sonra deyib:

“Yad insanlara qarşı duyğusal olmayın. “Facebook” kimi sosial şəbəkələrdə tanış olduğunuz insanlara aşiq olmayın”.

Məlum olub ki, Həmid bundan sonra sosial şəbəkələrdən istifadəyə tövbə edib.