“Facebook” pullu olacaq?backend

“Facebook” pullu olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” sosial şəbəkəsi qruplarda ödənişli qeydiyyatı tətbiq edir.

İKT.lent.az-ın “TechCrunch” nəşrinə istinadən verdiyi məlumata görə, abunəçilərdən eksklüziv kontent üçün pul çıxılacaq. Qeydiyyat üçün minimal ödəniş 4,99 dollar, maksimal ödəniş isə 29,99 dollar təşkil edir.

Qruplarda qeydiyyat belə aparılacaq: Qrupun inzibatçısı istifadəçilərə dəvət göndərəcək. Bu dəvətdə onun hansı eksklüziv onun çıxış əldə edəcəyini və buna görə nə qədər ödəyəcəyi məlum olacaq. Əgər onlar buna qoşulmaq istəsələr, o zaman onlardan bu vəsait çıxılacaq.

İstifadəçilər bu qeydiyyatı ləğv etsələr, onların onsuz da ayın sonuna qədər istifadəsi mümkün olacaq. Qrupların eksklüziv versiyasına video dərsləri də daxil olacaq. Məsələn, “Declutter My Home” qrupunda Sarah Mueller aylıq qiyməti 14,99 dollar olan abunəçiliyi işə salacaq. Burada istifadəçilər evi səliqəli saxlamağın yollarını öyrənəcəklər.