Tribuna İnformasiya Agentliyi

“Facebook” məşhur səhifələri yoxlamağa başlayacaq

07 Aprel

“Facebook” rəhbərliyi sosial şəbəkədə səhifələri məşhur olan istifadəçilərin kimliyini yoxlayacağını bəyan edib.

“Report” bu barədə interfax.ru-ya istinadən xəbər verir.

Bununla şirkət yalan xəbər və təbliğatların yayılması ilə mübarizə aparmağa çalışır. “Facebook” rəhbəri Mark Zukerberq bildirib ki, bütün xüsusi məşhur səhifələr yoxlamadan keçəcək. Yoxlamaya etiraz edənlərə məlumat yaymaq qadağan ediləcək. Bu addım istifadəçilərin şəxsiyyətlərini gizlətmək məqsədi ilə saxta hesablardan istifadə etməsinin qarşısını almaq üçün nəzərdə tutulub.

Həmçinin M. Zukerberq qeyd edib ki, siyasi reklamın idarə edilməsi təklifini dəstəkləyir. Əgər bu təklif qəbul olunarsa, sosial şəbəkələr reklamı yaradan haqqında daha çox məlumat toplamalı olacaq.