“Facebook”, “Instagram” və “WhatsApp”ın işində problem yaranıbbackend

“Facebook”, “Instagram” və “WhatsApp”ın işində problem yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxtəlif ölkələrdə internet istifadəçiləri “Facebook”, “Instagram” və “WhatsApp”dan istifadədə problem yaranıb.

APA-nın “Downdetector” saytına istinadən xəbərinə görə, istifadəçilər şəxsi hesablarına girməyə və xidmətlərdən istifadə etməyə çətinlik çəkirlər.

Problemlə bağlı ilk məlumatlar təxminən 1 saat əvvəl daxil olmağa başlayıb. ABŞ, Almaniya, Niderland, Britaniya, İtaliya, Fransa və Rusiyadakı istifadəçilər daha çox çətinliklə qarşılaşıblar.