“Facebook”da tanış oldular, döydülər, oğurladılar: – Azərbaycanlıların müdhiş cinayətibackend

“Facebook”da tanış oldular, döydülər, oğurladılar: – Azərbaycanlıların müdhiş cinayəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sankt-Peterburq şəhərində 52 yaşlı qadını oğurlayan azərbaycanlılar həbs edilib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumata görə, 40 yaşlı azərbaycanlı Facebook-da həmin qadınla tanış olaraq onu görüşə çağırıb. Bundan sonra onlar ikinci dəfə görüşmək istəyəndə, qadın etiraz edib.

Belə olan halda azərbaycanlı daha bir həmyerlisi ilə həmin qadının yaşadığı binaya gedərək onun küçəyə getməsini gözləyiblər. Bir qədər sonra evdən çıxan qadın “Opel” markalı avtomobilinə əyləmək istəyərkən, onu döyə-döyə özlərinə məxsus “Hunday” markalı maşınlarına əyləşdiriblər.

İlkin istintaq zamanı məlum olub ki, azərbaycanlılar həmin qadını qonşu Vıborq şəhərinə aparmaq niyyətindəymişlər. Amma yolda yanacaqları qurtarmaq üzrə olub.

Yanacaqdoldurma məntəqəsində isə qadın maşından düşərək tualetdə gizlənib. Bundan sonra məntəqənin işçilərini köməyə çağırıb və polisə zəng edib.
Azərbaycanlılar iki saatdan sonra saxlanılıblar. Onlar həbs edilərək haqlarında cinayət işi qaldırılıb.

Hadisə yerinə gələn həkim briqadası isə qadını xəstəxanaya aparıb. İlkin müayinə zamanı onun əlinin və burunun sındırıldığı məlum olub.