“Facebook”da qatil peyda olub – Görün 7 qadını necə öldürüb?backend

“Facebook”da qatil peyda olub – Görün 7 qadını necə öldürüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qatil “Facebook”da 7 qadını tələyə salıb.
 Meksikada son bir neçə ayda müəmmalı şəkildə qadınlar bir-bir yoxa çıxmağa başlayıblar.
Evdən çıxan və bir daha geri dönməyən 7 qadının qətl cinayətinin araşdırmaları polislər sayəsində açılıb.
Viridiana Moreno Vaskes Meksikada itkin düşən 7 qadından birincisi olub. O, ötən ay ölkənin körfəz sahillərində yerləşən Verakruz əyalətində iş müsahibəsinə getdikdən sonra geri qayıtmayıb. 31 yaşlı gənc qadının “Facebook” sosial şəbəkəsində tanımadığı biri ilə qondarma iş müsahibəsində iştirak etmək üçün görüşdüyü və otelə getdiyi, sonra isə yoxa çıxdığı öyrənilib. Vaskesin qohumları onu axtarmağa başlayıb, lakin gənc qadının tanınması çətin olan meyiti günlər sonra tapılıb. Qadının şəxsiyyəti hadisə yerinin yaxınlığından tapılan şəxsiyyət vəsiqəsi və DNT testi ilə müəyyənləşib.
İtkin qadınları təqib edən Morelos əyalətinin prokurorları aprel ayında iş axtaran 22 yaşlı tələbənin də öldürüldüyünü öyrənib. Araşdırmalara görə, 22 yaşlı tələbə martın sonunda “Facebook”da iş elanı görüb. İş tapmaq ümidi ilə kafeyə gedən gənc qadından bir daha xəbər alınmayıb. Qadını axtaran səlahiyyətlilər 3 gün sonra döyülmüş, cinsi istismara məruz qalmış və boğularaq öldürülmüş meyidini tapıblar.
Qadınların izinə düşən polis əvvəlcə qadınların itdiyi əyalətlərdəki təhlükəsizlik kamerası görüntülərini araşdırıb. Polis bütün qadınların yoxa çıxmasının arxasında ortaq bir səbəb olduğunu görüb. Görüntülərdə naməlum kişinin ictimai yerlərdə qadınlarla görüşdüyü də əks olunub. Məsələni həll edən Meksika polisi müəyyən edib ki, “Facebook”da saxta iş elanları ilə qadınları aldadaraq tanışlıq quran şəxs daha sonra onları öldürüb. Cəsədləri tapılan və şəxsiyyəti hələ müəyyən edilməyən xeyli qadın var.
İctimai Təhlükəsizlik Katibinin müavini Ricardo Mejía-nın açıqlamasına görə, bu qətlləri törədən şəxsin iştirak edə biləcəyi ən azı yeddi qadın öldürmə hadisəsi var.azxeber.com