Tribuna İnformasiya Agentliyi

“Facebook” “canlı karaoke” yaratdı

06 İyun

Facebook” şirkəti öz istifadəçiləri üçün “canlı karaoke” tipində yeni tətbiq yaratması barədə məlumat verib

TİA.AZ-ın Actualnews.org saytına istinadən məlumatına görə, artıq xüsusi proqram vasitəsilə real zaman rejimində nəinki özünün, hətta kollektiv şəkildə populyar mahnıların oxunmasını yayımlaya biləcəklər.
“Facebook” tərtibatçıları özlərinin “canlı karaoke” tətbiqini yaratmaqla Musical.ly xidmətinə tamhüquqlu rəqib olmağı düşünürlər. Yenilik artıq qeydiyyatdan keçən istifadəçilərə nəinki özünü vokalist rolunda hissə etmək, həmçinin canlı yayımın köməyi ilə bu ifanı dostlara da yayımlamaq imkanı verəcək.
Yayıma istifadəçilər qrupunu əlavə etmək imkanı da var ki, bununla da duet, trio, kvartet və hətta bir xor da yaratmaq olacaq. “Lip Sync Live” tətbiqi sosial şəbəkəyə daha gənc auditoriyanın cəlb edilməsinə istiqamətlənib ki, “canlı karaoke” imkanları ilə eyni zamanda canlı yayım daha maraqlı və praktik olacaq.