Tribuna İnformasiya Agentliyi

“Facebook” 3 milyarddan cox saxta hesabı silib

24 May

“Facebook” şirkətinin əməkdaşları ötən ilin oktyabr ayından bu ilin martınadək sosial şəbəkədə 3 milyarddan çox spam və dezinformasiya yayan saxta hesabı silib.
TİA.AZ İnterfaks informasiya agentliyinə istinadla xəbər verir ki, ötən ilin son üç ayı ərzində 1,2 milyard hesab, bu ilin üç ayı ərzində isə 2,2 milyard hesab ləğv edib.
Şirkətdən bildirib ki, son 6 ayda sosial şəbəkədə “feyk” hesablarının yaradılması halları çoxalıb.