Tribuna İnformasiya Agentliyi

Fətullah Gülən Azərbaycanı itirmək istəmir… – Hələ də müqavimət göstərirlər…

14 İyul

“İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilməsi məqsədilə iyulun 5-də Təhsil Nazirliyinə müraciət edib və lisey bağlanıb.

FETÖ terror təşkilatınını lideri Fətullah Gülən məktəblərinin Azərbaycanda bağlandığı bir zamanda yaranan “İstək” liseyi elə FETÖ-cülərin “Çağ Öyrətim” təhsil müəssisələrinin fəaliyyət göstərdiyi binalarda yerləşirdi. Buradan da aydın olur ki, lisey yalnız ad dəyişdirərək, yenə də FETÖ məktəbi kimi fəaliyyət göstərib.

“İstək” liseyinin bir FETÖ proyekti olmasını təkcə binalar deyil, özlərinin 25 illik keçmişləri (?) ilə öyünmələri və bundan əvvəlki yazılarımızda qeyd etdiyimiz başqa detallar da sübut edir.

Daha maraqlısı isə sonra baş verən proseslərdir. Belə ki, “İstək” liseyində təhsil alan şagirdlərin valideynləri tərəfindən prezident İlham Əliyevə müraciətlər edildiyi deyilir. Ancaq araşdırma zamanı məlum olur ki, bu işin arxasında məhz lisey rəhbərliyi dayanıb.

Yenicag.az xəbər verir ki, “change.org”da “Cənab prezident, İstək liseyinin şagirdlərinə dəstək olun” adlı petisiya yaradılıb. Burada qarşıya 5 000 nəfərin imzasını toplamaq hədəfi qoyulub.

Görünür, “İstək” liseyinin rəhbərliyi valideyinlər adından istifadə edərək, ölkədə baş verən son olayları da fürsət bilərək bu məsələni daha da qabartmaqda qərarlıdır. FETÖ Azərbaycan hakimiyyətinə təzyiq edərək, ölkədə möhkəmlənmək istəyir. Hətta valideynləri Təhsil Nazirliyi qarşısında piketə sövq edənlərin də olduğu müşahidə olunmaqdadır.

Azərbaycanda enerji problemi və Gəncədə baş verən olaylarda Türkiyə mediası FETÖ-nün əli olduğunu yazır. Fəaliyyətini təsisçi tərəfindən dayandıran “İstək” liseyinin ölkədə baş verən bu olaylar zamanı fəallaşıb, şikayətlər yağdırması, valideyn və şagirdlərin arxasında gizlənib, dövlətə qarşı əzələ nümayiş etdirməsi, bir gündə iki mindən çox imza toplaması Türkiyə mediasında gedən iddianın gerçək olduğunu göstərir.

Sosial şəbəkə üzərindən imzatoplama kampaniyasını və müraciətləri sizə təqdim edirik: