Tribuna İnformasiya Agentliyi

Fədayə Laçın məhkəmədə mahnı oxudu: hökm elan olunacaq (VİDEO)

26 Dekabr
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçınvə daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
TİA.AZ oxu.az-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ceyhun Səmədov son söz deyib.
O, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxslər – Tural Poladxanov və Fuad Hacıyev də son sözlə çıxış edərək, barələrində şərti cəza seçilməsini istəyib.
Hakimlər Kollegiyası hökmü elan etmək üçün müşavirəyə gedib.
Hakimlər müşavirədə olarkən müğənni Fədayə Laçın məhkəmədə “Xatırlayarsan, məni” mahnısını ifa edib.