Tribuna İnformasiya Agentliyi

Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi

11 Sentyabr
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.
Bu barədə Sputnik Azərbaycan-a Eyyub Hüseynov özü məlumat verib.

 

O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib: “Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm”.