Eyni kəndin iki şəhidi Qazaxda torpağa tapşırıldı – Fotolarbackend

Eyni kəndin iki şəhidi Qazaxda torpağa tapşırıldı – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabr 13-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində Qazax rayon Kəmərli kəndindən olan iki hərbi qulluqçu şəhid olub. 

TİA.AZ xəbər verir ki, bu gün onların dəfn mərasimi keçirilib. Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü Azər Məmmədov doğulduğu kənd qəbiristanlığında dəfn olunub. Azər Məmmədov 20 gün əvvəl ailə həyatı qurmuşdu.

Eyni kənddən olan Azərbaycan Ordusunun digər hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, 1993-cü il təvəllüdlü Yunis Kazımov da bu gün son mənzilə yola salınıb. 29 yaşlı baş leytenant Kazımov 44 günlük Vətən Müharibəsində də iştirak edib.

Xocavənd, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları, “Azərbaycan Bayrağı” Ordeni ilə təltif olunub.

Şəhidlərimizin dəfn mərasimində izdiham yaşanıb, dəfndə rayon ictimaiyyəti iştirak edib.

Allah rəhmət eləsin!