“Express Bank”da 788 min manatlıq azalmabackend

“Express Bank”da 788 min manatlıq azalma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Express Bank” bu ilin I yarısı üzrə maliyyə hesabatını açıqlayıb

Tia.az Hesabata istinadən xəbər verir ki, Bank bu ilin ilk 6 ayında 992 min manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə  44,3% və yaxud 788 min manat azdır. Beləki,  2017-ci ilin I yarısın da “Express Bank” 1,780 milyon manat xalis mənfəət əldə etmişdi.

6 ay ərzində Bankın faiz gəlirləri 14,933 milyon manat, faiz xərcləri 4,206 milyon manat, qeyri-faiz gəlirləri 5,423 milyon manat, qeyri-faiz xərcləri 16,382 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,224 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Express Bank”ın aktivləri 440,153 milyon manat olubki, bu da illik müqayisədə 57,1% çoxdur. Bunun 201,242 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın  kredit portfeli 22,8% böyüyüb.

Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 2,2 dəfə artaraq 295 milyon manata çatıb. Bunun 261,35 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 44,8% böyüyüb.

İl ərzində “Express Bank”ın balans kapitalıisə 1% artaraq 145,152 milyon manat təşkil edib.

Bankın tam hesabatı ilə bu linkdən tanış olmaq mümkündür: https://www.expressbank.az/assets/files/bPresentation-for-website_AZE_2018—Q2.pdf