Tribuna İnformasiya Agentliyi

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib

08 May

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib

Bu barədə APA-ya Rauf Talışinskinin yaxınları məlumat verib.
Qeyd edək ki, T. Talışinski 16 noyabr 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
“Molodyoj Azerbaydjana”, “Vışka” və “İzvestiya” kimi qəzetlərdə çalışıb. 1990-cı ildən “Ayna”/ “Zerkalo” qəzetinin rəhbərlərindən biri olub.
27 yanvar 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru idi.
Rauf Talışinski “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.(APA)