“Evlərə məhsul çatdırma sistemini dəstəkləyirik” – Eyyub Hüseynovbackend

“Evlərə məhsul çatdırma sistemini dəstəkləyirik” – Eyyub Hüseynov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirusla bağlı müxtəlif mənbələrdən informasiyalar daxil olur. Birmənalı qaydalar var ki, insanlar bunu bilməli və əməl etməlidirlər”.

Bunu Teleqraf.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri eyyub Hüseynov deyib:

“İlk olaraq immunitet sistemini qorumaq lazımdır. Elə etmək lazımdır ki, soyuqlama baş verməsin. Soyuq su içməsinlər ki, ixəstəliyə tutulmasınlar, immunitet aşağı düşməsin. İnsanlarla görüşdən mümkün qədər uzaq olmaq lazımdır. Asqıran, öskürən insanlarla ünsiyyətdən qaçmaq vacibdir.

Maska sağlam insanlar üçün yox, xəstə insanlar üçün lazımdır. Küləkli havada maskadan istifadə tövsiyə olunur. Mümkün qədər kütləvi yerlərdə olmasınlar. Özlərindən başqa, ətraflarını qorumalıdırlar. Uşaqların immunitetinin aşağı düşməməsinə diqqət etsinlər.

Xarici səfərlərdən uzaq olmaq lazımdır. Viruslar qısa müddət ərzində məhsullar və metal üzərində qala bilir. Avtomobilləri dezinfeksiya etmələri də buna nümunədir, ictimai nəqliyyatlar virusun daşıyıcısıdır”.

Ekspert bildirib ki, virusla bağlı yayılan paradokslara inanmasınlar: “Geniş yayılan informasiyanın biri də virusun istiyə dözümsüz olması məsələsidir. Sual olunur ki, virus 27 dərəcədə öldüyü halda, nə üçün 37 dərəcə insan bədənində ölmür? Yaxud isti ölkələrdən Səudiyyə Ərəbistanında da karantin tətbirləri görülür. Yəni virusun istiyə davamsız olduğunu fikirləşib, arxayınlaşmaq düz deyil”.

Eyyub Hüseynov bildirib ki, İstehlakçılar Birliyi iaşə obyektlərinin evlərə məhsul çatdırma siyasətini dəstəkləyir: “Burada istehlakçıların aldadılmasının qarşısını almaq niyyətindəyik. İstehlakçılar evə çatdırılan ərzaq mallarına görə mütləq kassa çeki alsınlar. Zəhərlənmə halları baş verə biləcəyinə görə kassa çeki uzun müddət saxlasınlar. Belə hallarda istehlakçılardan artıq pul alınır, aldadılması halları baş verir.

Eyni zamanda, biz Beynəlxalq İstehlakçı Təşkilatından məlumatları alırıq. Bu məlumatları 20 rayonda yerləşən təşkilatlarımız arasında yayırıq”.

Ekspert insanların mümkün qədər fərdi izolyasiya rejimində yaşamağa öyrəşmələrini tövsiyə edib.