Evlərdən 2 milyonluq oğurluq edən dəstənin yeni cinayət faktları ortaya çıxdıbackend

Evlərdən 2 milyonluq oğurluq edən dəstənin yeni cinayət faktları ortaya çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Alpinist kurslarına gedərək xüsusi bacarıqlara yiyələnməklə Bakıda evlərdən ümumilikdə 2 milyon manatlıq oğurluq edən dəstənin təzə cinayət əməlləri ortaya çıxıb.
Bu barədə TİA.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oğurluq etdiyinə görə tutulmuş Əhməd Əhmədovun və Cavid Süleymanovun ətraflarında Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda daha üç evdən ümumilikdə 100 600 ABŞ dolları, 700 avro, 5 000 manat dəyərində geyim, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilib.