Eviniz sənədsizdirsə, mütləq oxuyunbackend

Eviniz sənədsizdirsə, mütləq oxuyun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kommunikasiya xətlərinin üstündə və yaxınlığında yerləşən sənədsiz evlərin sayı çox deyil, sənədsiz evlərin ümumi sayının 10-15 faizi civarındadır”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ölkədə mövcud olan sənədsiz evlərin nə qədərinin kommunikasiya xətləri və yollarının üzərində olduğu sualına cavabında deyib:

“Ölkədə sənədsiz evlərin sayı barədə aşağısı 350 min, yuxarısı isə 550 min olmaqla müxtəlif rəqəmlər səsləndirilir. Bu da kifayət qədər böyük rəqəmdir. Sənədsiz evlərin içərisində hündür mərtəbəli binalar da var. Bir çox binalara çıxarış verilməsi mümkün olmur”.

Ekspert qeyd edir ki, kommunikasiya xətləri üzərindəki sənədsiz evlər sökülsə də, bütün hallarda onun sahiblərinə kompensasiya ödənilməlidir:

“Avropa İnsan Haqları Məhkəməsinin qərarına görə, hansısa şəxs qaldığı mənzildə kommunal ödənişləri edir və dövlət də onu qəbul edirsə, artıq onların mülkiyyət hüququ yaranır. Çıxarışın olub-olmamasından asılı olmayaraq sənədsiz evlərin hamısına birdəfəlik əmlak amnistiyası elan olunmalıdır.

Kommunikasiya xətlərinin üstündə, yanında olan sənədsiz evlərlərin sökülməsi qərarı çıxsa da, həmin şəxslərin də mülkiyyət hüququ tanınmalı, onlara kompensasiya ödənilməlidir. Çünki dövlət şirkətləri onlardan kommunal ödənişlər alıbsa, deməli defakto olaraq belə yerlərdə yerləşən sənədsiz evlərin də mülkiyyət hüququnu tanıyıblar”.