EVİ YIXILAN VƏTƏNDAŞ ÜLVİ QULİYEVİN OĞLUNU İTTİHAM EDIRbackend

EVİ YIXILAN VƏTƏNDAŞ ÜLVİ QULİYEVİN OĞLUNU İTTİHAM EDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 42-də yaşayan Nəsir Məmmədli deyir ki, evlərinə söküntü zamanı “Dönüş-1 MMC” tərəfindən zərər verilib.
TİA.Az xəbər verir ki, şirkət deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə məxsusdur. Şikayətçi bakupost.az-a deyib ki, həmin ərazidə 2017-ci ildən tikinti işləri aparılır:
“Hazırda həmin ərazidə yalnız 2, 16 və 19 saylı mənzillər qalıb. Tikinti sahənin düz ortasındadır. Onlar bizimlə heç bir razılığa gəlmirlər, elə şərtlər irəli sürürlər ki, ağlı başında olan şəxs onu qəbul etməz. Ordan çıxmağımız üçün bizə təzyiq göstərirlər. Ərazidəki evlər bir-birinə bitişik tikilib. Əllə deyil, ekskavatorla bütün ətraf evlərin hamısını söküblər. Hazırda evimiz pis gündədir. Divarlarda çatlar yaranıb, döşəmə aralanıb, fundamenti pozulub. İstəyirlər ki, evimiz tam uçsun, sonra onlarla razılaşaq. Hətta bizi məhkəməyə də vermişdilər. Amma uduzdular. Məhkəmə qərar çıxartdı ki, mülkiyyət sahiblərinin hüquqlarına toxunula bilməz”.


“Deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə 2 dəfə mənimlə razılaşmaq istəyib. Elə təklif verib ki, yəni sənə daxma verim, çıx burdan. İcra başçısı da bizim tərəfimizdədir. Oraya gələrək dedi ki, qayda-qanunla burada tikinti aparıla bilməz. Amma yenə də davam edirlər. Orxan Quluzadənin özü tez-tez tikinti gedən yerə baş çəkir. Əlimdə faktlar da var. 005 seriyalı maşınlarla bir neçə dəfə əraziyə gəlib. Olan-qalan 1-cə evim var, onu da yaşanmaz hala gətiriblər. Mən heç kimdən çəkinmirəm, hara lazımdı müraciət edəcəyəm”- şikayətçi bildirib. “Dönüş-1 MMC”nin satış üzrə meneceri Həbib Məmmədov isə evə heç bir zərər vurmadıqlarını deyib.

TİA.AZ