Əvəz Zeynallıya qarşı YENİ İTTİHAM irəli sürüldübackend

Əvəz Zeynallıya qarşı YENİ İTTİHAM irəli sürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, bu gün Binəqədi Rayon Məhkəməsində Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib.
TİA.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə zamanı məlum olub ki, Əvəz Zeynallıya qarşı yeni ittiham irəli sürülüb.
Sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham edilərək həbs olunan jurnalist bu dəfə də məcəllənin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsilə də təqsirli bilinib.
Onun vəkili Aqil Layıc Əvəz Zeynallı ilə bağlı qərardan apellyasiya şikayəti verəcəklərini qeyd edib.
Qeyd edək ki, Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qərardan verilən apellyasiya şikayəti təmin olunmayıb.