Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı son xəbərlər: Müdafiə komitəsi yaradıldı və ilk iclasını keçirirbackend

Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı son xəbərlər: Müdafiə komitəsi yaradıldı və ilk iclasını keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış ictimai -siyasi xadimlər, müxalifət funksionerləri, partiya sədrləri, media təmsilçilərinin iştirakı ilə “Xural Tv”nin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun müdafiə komitəsi yaradılıb.

TİA.AZ xəbər verir ki, hazırda müdafiə komitəsi ilk iclasını keçirir.

Komitə iştirakçıları bildirirlər ki,  hər iki şəxsin azadlığa çıxması üçün lazımı prosedurları həyata keçirib, müvafiq hüquqi addımları atacaqlar.

Qeyd edək ki, Əvəz Zeynallı və Elçin Sadıqov külli miqdarda rüşvət almaqda ittiham olunur. Onların hazırda həbsdə olan iş adamı “Baku Still Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən 20 min manat aldıqları iddia olunur.