ƏVƏZ  QOCAYEV CAVİD QURBANOVUN YERİNƏ HAZIRLAŞIR-MÜBHƏM PROJE  …backend

ƏVƏZ QOCAYEV CAVİD QURBANOVUN YERİNƏ HAZIRLAŞIR-MÜBHƏM PROJE …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış oliqarx məmurlarından biri olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini Əvəz Qocayev digər oliqarx məmur, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun yerinə gedə bilər. Bu barədə TİA.Az-ı məlumatlandıran qaynağın sözlərinə görə Əvəz Qocayev artıq Agentlikdə sədr postuna yüksəlmək şansını itirib və bu istəyi ilə vidalaşmalı olub. Buna səbəb sədr Saleh Məmmədovun yerinə başqa namizədin təqdimatının verilməsidir. Ona görə Qocayev gözünü Qurbanovun yerinə dikib. İndi başdəmiryolçu olmaq üçün əlaqələrini işə salan və hakimiyyət dairələrində rıçaqlar axtaran Qocayev siyasi rəhbərliyə şəxsi təqdimatının yaxşı getməsi dəridən-qabıqdan çıxır.

Digər tərəfdən, bir ildən çoxdur ki, Cavid Qurbanovun etimadı itirməsi və vəzifədən alınacağı ilə bağlı cəmiyyətdə söz-söhbət dolaşması Qocayevi həvəsləndirib. Hətta çevrəsində olanlar ona çatdırıb ki, C. Qurbanovla yolları ayırmağa hazırlıq gedir, fürsətdən istifadə etsin, şansı əldən verməsin.

Yüksək vəzifə ehtirası ilə alışıb yanan Ə. Qocayevin dəmiryollarının baş maşinisti olmaq imkanları ilə bağlı hələlik yekdil rəy olmasa da, təqdimatına baxıla bilər. Mətbuatda C. Qurbanovun mülklərini satışa çıxarması, bir qisminin müsadirə edilməsi, əlindən alınan pulların Qarabağda quruculuğa yönəldilməsi, o cümlədən “Topaz” bukmeyker biznesinin də əlindən çıxması onun vəzifədən gedişini sürətləndirən amillər olub. Qocayev isə çamadan ovqatında olan Qurbanovun yerinə hazırlıq görərək özünü yuxarılara etimadı doğruldan kadr kimi təqdim etməyə can atır.
Xatırladaq ki, daha əvvəl mətbuatda Əvəz Qocayeyin Avtomobil Yolları Dövlət Agentliyininə sədri Saleh Məmmədovun yerinə keçməyə çalışdığı barədə məlumatlar yayılmışdı. Hətta onun digər müavin Hüsnü Quliyevlə problemləri olduğu və Saleh Məmmədovun Əvəz Qocayevə qarşı məhz Hüsni Quliyevi qoyduğu bildirilirdi. Amma onun da əmlaklarının, mülklərinin, ölkədə və xaricdə biznes payının miqyası Qurbanovdan geri qalmır…

TİA.Az