Tribuna İnformasiya Agentliyi

`Evdən çıxmaq istəmirəm`- Məğlub Klinton

17 Noyabr

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton seçkilərdə məğlub olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. 

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton seçkilərdə məğlub olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

TİA.AZ CNN telekanalına istinadən xəbər verir ki, Vaşinqtonda “Uşaqların müdafiə fondu”nun yığıncağında çıxış edən Klinton evdən bayıra çıxmaq istəmədiyini deyib.

“Son həftə ərzində yaxşı bir kitabla, saxladığımız itlərlə qaydaya düşmək və daha heç vaxt evdən bayıra çıxmamaq istəyirdim”, – deyə Klinton bildirib.

Mərasim zamanı faciənin qarşısını alan və yaxşı tələbə olan beş nəfərin mükafatlandırma mərasimi keçirilib.

Klinton vurğulayıb ki, onun üçün bu tədbirə gəlmək asan deyil: “Bu gün mükafatlandırılan beş gənc xanım və kişi qarşılaşdıqları zorakılıq və yoxsulluğa baxmayaraq heç vaxt məğlub olmayıb”.