“Evdə qal, təbiəti seyr et” – ETSNbackend

“Evdə qal, təbiəti seyr et” – ETSN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi özünün “facebook” səhifəsində “Evdə qal, təbiəti seyr et” (#evdəqaltəbiətiseyret) rubrikasına start verir.

Nazirliyin mətbuat katibi İradə İbrahimova TİA.AZ-a bildirib ki, rubrikada ölkəmizin əsrarəngiz təbiət gözəllikləri, eləcə də milli parkların flora və fauna aləmini əks etdirən filmlər, süjetlər, çarxlar, nümayiş etdiriləcək.

Rubrikada, eyni zamanda təbiət hadisələri barədə düşündürücü məlumatlar veriləcək, ekoloji animasiyalar yer alacaq.

Bölümdə ekologiyaya aid müxtəlif suallar, maraqlı faktlar yerləşdirilməklə izləyicilərin ətraf mühit hadisələri ilə daha yaxından tanış olmaları, biliklərini genişləndirməsi üçün də şərait yaradılacaq.

Nazirliyin sözçüsü izləyicilərdən də maraqlı təbiət görüntülərinin alınması və onların qiymətləndirilməsinin təşkil ediləcəyini də bildirib.