Tribuna İnformasiya Agentliyi

Evdə yanaraq ölən kişinin həyat yoldaşı: “Yoldaşımın başında problem var” – VİDEO

08 Noyabr

Binəqədi rayonunda ümumi sahəsi 64 kv.m olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 kv.m sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.

ARB TV xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 60 yaşlı Əli İslamovun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərifnaz Vəliyeva – mərhumun həyat yoldaşı: “Gecə saat 03:00-da evə gəldim, gördüm ev yanır. Tək idi. Evdə ikimiz qalırıq, başqa heç kəs yoxdur. Yoldaşımın başında problemi var”.