“Ev təsərrüfatlarına adambaşı yardım verilməlidir” – Sabit Bağırov hökuməti ləngiməməyə çağırdıbackend

“Ev təsərrüfatlarına adambaşı yardım verilməlidir” – Sabit Bağırov hökuməti ləngiməməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bagırov koronovirusla mübarizə çərçivəsində hökumətə bir sıra təkliflər verib.

“AzPolitika.info” xəbər verir ki, Fondun rəhbəri bu gün ən əsas məsələnin hökumətin ev təsərrüfatlarına yardım etməsi olduğunu bildirib: “Aydındır ki, yaxın 2 ayda ölkədəki ev təsərrüfatlarının azı 80 faizinə yardım edilməlidir. Bu 80 faizin seçilməsi çox vaxt apara bilər, çünki prinsiplər və yanaşmalar mübahisə potensialına malikdir. Ona görə, hesab edirəm ki, yardım bütün ev təsərrüfatlarına edilməlidir. Kimin ehtiyacı yoxdursa, yardımdan imtina edə bilər”.

S. Bağırovun sözlərinə görə, hökumət buna razı olarsa, ardınca digər iki məsələni həll etməli olacaq: “Bunlar yardımın həcmi və yardımın oğurlanmamasını təmin edəcək addımlardır. Yardımın həcmini ev təsərrüfatı üzvlərinin sayına bağlamaq olar. Bu zaman bir üzvə ayrılacaq yardımın həcmini 2 aylıq istehlak zəmbilinəadekvat hesablamaq mümkündür. Yardımın oğurlanmaması üçün şəffaflığın ciddi şəkildə təmin edilməsi və qeyri-hökumət təşkilatlarının prosesə cəlb edilməsi vacibdir”.

QHT rəhbəri vurğulayıb ki, yardımın digər müsbət tərəfi insanların alıcılıq qabiliyyətini təmin etməklə bazarda tələbatı və müvafiq olaraq istehlakçını dəstəkləməkdir. “Bu məsələlər mütləq həll edilməlidir, uzatmaq olmaz. Mən detallara varmadım, çalışdım ki, yardım sxemi sadə olsun. Sadəlik müəyyən itkilər deməkdir, lakin qısa zamanda başlayıb həyata keçirmək üçün əsasdır”-deyə Sabit Bağırov vurğulayıb.