EV ALARKƏN BELƏ ALDADILA BİLƏRSİNİZ – VİDEObackend

EV ALARKƏN BELƏ ALDADILA BİLƏRSİNİZ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küllü miqdarda pul verib aldıqları mənzilləri özlərindən başqa bir neçə şəxsə satılıb. İndi nə pulları qaytarılır, nə də mənzillərinə sahiblənə bilirlər.

“Xəzər” televiziyasının məlumatına görə, Paytaxtın Nərimanov rayonu, Dadaş Bünyadzadə 57 ünvanında yerləşən ”Təbriz” MTK-nın sədri Nofəl Hacıyev 14 mərtəbəli binada olan eyni mənzilləri ayrı-ayrı şəxslərə satıb.

Şikayətçilər Nofəl Hacıyevlə yanaşı binın digər təsisçilərindən də narazıdırlar. Üstəlik hazırda binada tikinti işlərinin tam dayandığını bildirirlər

Məlum oldu ki, Nofəl Hacıyev artıq şikayət əsasında həbs edilib. Vəkili Qalib Məmmədov onun haqqında yayılan iddialara münasibət bildirib.

Vəkil onu da qeyd etdi ki, hazırda istintaq məsələni araşdırır. İndi sakinlər aidiyyəti qurumlardan məsələnin tam araşdırılmasını və pullarının qaytarılmasının təmin edilməsini istəyirlər.