Tribuna İnformasiya Agentliyi

“Eurovision” Ukraynadan alındı

05 Aprel

Avropa Yayım Birliyinin baş direktoru İnqrid Deltenre Rusiya təmsilçisi Yuliya Samoylovanın Kiyevdə keçirilən “Eurovision 2017” müsabiqəsində iştirak etmək üçün ölkə ərazisinə buraxılmaması barədə açıqlama verib.  

Avropa Yayım Birliyinin baş direktoru İnqrid Deltenre Rusiya təmsilçisi Yuliya Samoylovanın Kiyevdə keçirilən “Eurovision 2017” müsabiqəsində iştirak etmək üçün ölkə ərazisinə buraxılmaması barədə açıqlama verib.

TİA.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, AYB-nin baş direktoru rəsmi Kiyevin “Eurovision” qaydalarına uyğun hərəkət edəcəyinə və bu qərarını dəyişəcəyinə inandığını deyib: “Təşkilatçıların və iştirakçıların müsabiqədən çıxarılması yolverilməzdir, bu qayda pozuntusudur. Birincisi, Samoylova Krımda olanda “Eurovision” təmsilçisi olmayıb. İkincisi, Ukrayna ona müsabiqədən sonra da qadağa qoya bilər”. 

İnqrid Deltenrenin sözlərinə görə, Ukrayna bu addımı ilə öz nüfuzuna xələl gətirir. Bununla yanaşı, AYB-nin baş direktoru hesab edir ki, Kiyev son anda müsabiqənin keçirilməsi hüququndan məhrum ola bilər. Bu halda sözügedən müsabiqəyə ev sahibiliyini Almaniya edəcək: “Cəmi iki ay qalıb. Mən inanmıram ki, hansısa ölkə “Eurovision”-a ev sahibliyini öz öhdəsinə götürə biləcək. Biz artıq Berlinlə danışıqlar aparmışıq”.

O, onu da əlavə edib ki, əgər “Eurovision” Berlində keçirilərsə, onda Ukrayna növbəti bir-iki il ərzində müsabiqədə iştirak edə bilməyəcək. Bundan başqa, İnqrid Kiyevi “Fıfa World Cup” ilə yayım müqavilələrinin itirmə ehtimalı ilə hədələyib.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti hesab edir ki, Yuliya Ukraynanın qanunlarını pozub. Belə ki, o, 2015-cü ildə Krımın Rusiya tərəfindən işğal olunmuş ərazisində çıxış edib. 

Krım Rusiyaya birləşdirildikdən sonra oraya gələn artistləri Ukrayna öz ərazisinə buraxmır. Stop-vərəqdə Yuliya Çiçerina, Stas Pyexa, Oleq Qazmanov və bir çox başqalarının adları var.