“Eurovision” 2021-ci ildə bu şəhərdə keçiriləcəkbackend

“Eurovision” 2021-ci ildə bu şəhərdə keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa Yayım Birliyi “Eurovision” Beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində baş tutacağını təsdiqləyib.
Bu barədə “Europe Shine A Light” xüsusi şousu zamanı xəbər verilib.
Daha sonra yayımçılar “Eurovision Mahnı Müsabiqəsi. Rotterdam – 2021.” loqotipi ilə videoçarxı nümayiş etdiriblər.
Xatırladaq ki, martın 18-də “Avroviziya 2020″nin (müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi) koronavirus pandemiyası (COVID-19) səbəbindən ləğv olunduğu elan edilmişdi. Daha sonra təşkilatçılar bildirdilər ki, iştirakçı ölkələr istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini əvəz edə və ya saxlaya bilərlər, lakin onlar artıq yeni kompozisiyalarla çıxış etməlidirlər.