Tribuna İnformasiya Agentliyi

“Eurovision-2019” mahnı müsabiqəsinin ilk finalçıları məlum oldu

15 May

Tel-Əvivdə keçirilən “Eurovision-2019” mahnı müsabiqəsinin ilk 10 finalçılarının adları məlum olub.

 

ONA xəbər verir ki, müsabiqənin həlledici hissəsini Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya keçib.

 

Bu mərhələdə ümumilikdə 17 ölkə iştirak edib.

 

İkinci yarımfinal mayın 16-da baş tutacaq. Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-da keçiriləcək ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq. Müsabiqənin finalı mayın 18-də olacaq.