“EuroHome”da baş verən yanğın zamanı avtomobillərə ziyan dəyib – FOTObackend

Bakının Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğın nəticəsində ərazidə olan avtomobillərə ziyan dəyib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın baş verən mağazalardan sıçrayan alov avtomobillərin üzərinə düşüb. Nəticədə bir neçə avtomobil yanıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

"EuroHome”da baş verən yanğın zamanı avtomobillərə ziyan dəyib
"EuroHome”da baş verən yanğın zamanı avtomobillərə ziyan dəyib
"EuroHome”da baş verən yanğın zamanı avtomobillərə ziyan dəyib