Tribuna İnformasiya Agentliyi

ETSN: Yardımlıda baş verən yanğın lokallaşdırılır

05 İyul

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Yardımlıda baş verən yanğın barədə məlumat yayıb.

 

ETSN-in mətbuat xidmətindən TİA.AZ-a verilən məlumatda bildirilir ki, iyulun 5-də gecə saat 03.00 radələrində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib.

 

Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

 

Yanğın 1 hektar ərazini əhatə edir. Ərazidəki quru ot örtüyü və xırda kollar yanıb.

 

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür, yanğın lokallaşdırılır.