ETSN: Hirkandakı yanğının söndürülməsində çətinlik yaranıbbackend

ETSN: Hirkandakı yanğının söndürülməsində çətinlik yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün axşam saatlarında Hirkan Milli Parkının Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, hadisə yerinə Milli Parkın, ETSN-in digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Bildirilib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb:
“Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.