Tribuna İnformasiya Agentliyi

ETSN: Gün ərzində paytaxtda duman müşahidə olunacaq

15 Aprel

“Gün ərazisində paytaxtda duman müşahidə olunacaq, arabir çəkilərək yenidən sıxlaşacaq”.

Bunu  TİA.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, aprelin 16-da gecə və səhər saatlarında paytaxtda və yarımadanın bəzi ərazilərində zəif duman olunacağı istisna olunmur.

Gülşad Məmmədova deyib ki, hazırda ərazidə cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunur: “Günorta saatlarında temperatur 13-18 dərəcə arasında dəyişəcək”.