Tribuna İnformasiya Agentliyi

ETSN-də BP-nin regional prezidenti ilə görüş keçirilib

26 Sentyabr

26 sentyabr 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə Regionu (BP AGTR) üzrə prezidenti cənab Qəri Counz ilə görüş keçirilib.

TİA.AZ xəbər verir ki, görüş zamanı BP tərəfindən Azərbaycanda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələr, bərpa olunan enerji mənbələri ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və ekoloji standartlar müzakirə edilib