Tribuna İnformasiya Agentliyi

ETSN-də Avropa İttifaqının proqram rəhbəri ilə görüş keçirilib

12 İyul

Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Şərq Tərəfdaşlığı” ölkələri üçün Avropa İttifaqının Su Təşəbbüsü proqramının rəhbəri Mixael Sutterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, görüş zamanı beynəlxalq məsləhətçilərlə ölkədə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, sudan səmərəli və təkrar istifadə, su itkilərinin azaldılması, ehtiyatlarının qorunması ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda mövcud əməkdaşlığın vəziyyəti və gələcək perspektivlər müzakirə olunub.