ETSN Bakıda 30-dək ağac və kol bitkisinin məhv edilməsi faktını araşdırıbbackend

ETSN Bakıda 30-dək ağac və kol bitkisinin məhv edilməsi faktını araşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

TİA.AZ-ın xəbərinə görə, bunu ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda hasara alınmış 0.2 hektar ərazidə 30-a yaxın ağac və kol bitkisinin gecə saatlarında ekskavatorla məhv edildiyi və “90-JX-379”, “99-LJ-581” dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsilə ərazidən daşındığı məlum olub: “Əməkdaşlarımız tərəfindən ərazidə görülən işlər dayandırılıb. Təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırmalar davam edir”.

İ. İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək Nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə sayıqlıqlarına görə təşəkkür edib.