ETSN: Azərbaycanda “Qırmızı Kitab”a düşəcək növlərin sayı artırbackend

ETSN: Azərbaycanda “Qırmızı Kitab”a düşəcək növlərin sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nəşr edilən birinci “Qırmızı Kitab”da 108 fauna və 140 flora növü qeydə alınıb. İkinci kitabda isə 223 fauna və 300 flora növü qeydə alınıb. Üçüncü “Qırmızı Kitab”a daxil ediləcək flora və fauna növlərinin sayının artacağı istisna deyil”.

TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, həm iqlim dəyişmələri, həm antropogen təsirlərin artması növlərin nadirləşməsinə, onların areallarının dağılmasına, bəzi hallarda isə populyasiyasının yer üzündən silinməsinə səbəb olur:

“Azərbaycanda antropogen və iqlim təsirlərinin güclü olması bəzi həssas növlərin kritik həddə yaxınlaşmasına səbəb olub. Yeni kitabda rəqəmlər dəyişəcək. Bəzi növlər var ki, tək-tək də olsa, fərdlərin sayı artıq kitabdan çıxarılıb, xüsusi siyahılara salınacaq”.

Nazir müavini vurğulayıb ki, yeni kitab daha müasir olacaq: “Qiymətləndirmə beynəlxalq meyarlara uyğun aparılacaq. Növlərin bəziləri rəssamlar tərəfindən çəkiləcək. Təəssüf hissi ilə qeyd edirik ki, bu gün Azərbaycanda “Qırmızı Kitab”a düşəcək növlərin sayı artır. Nazirin əmri ilə komissiya yaradılıb. Bu gün də ilk iclas keçirildi və mühüm qərarlar alındı”.