ETSN ağacların kəsilməsi ilə bağlı sənədləri Baş Prokurorluğa göndəribbackend

ETSN ağacların kəsilməsi ilə bağlı sənədləri Baş Prokurorluğa göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev  TİA.AZ-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazinin tikinti aparmaq məqsədilə hasara alındığı və 12 ağacın kökündən çıxarılaraq məhv edildiyi məlum olub.

O qeyd edib ki, araşdırma zamanı ərazinin Könül Hümmətlinin mülkiyyətində olduğu və ağacların kəsilməsi nəticəsində təbiətə 9 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.