Etirazlar Belarusa 1,4 milyard dollara qədər ziyan vurubbackend

Etirazlar Belarusa 1,4 milyard dollara qədər ziyan vurub

Belarusda etirazlar nəticəsində milli valyutanın zəifləməsini ölkənin Milli Bankı beynəlxalq ehtiyatları hesabına ödəmək məcburiyyətində qalıb.
“İnterfax” Belarus Milli Bankının məlumatlarına istinadən xəbər verir ki, avqust ayında Belarus qızıl və valyuta ehtiyatları 1 milyard 399 milyon 600 min dollar azalaraq 7 milyard 457 milyon 800 min dollara düşüb.
Eyni zamanda, ümumilikdə yanvar-avqust aylarında ölkənin qızıl-valyuta ehtiyatları 1,94 milyard dollar azalıb.
Avqust ayında beynəlxalq ehtiyatlar səviyyəsindəki azalma əsasən, Milli Bankın Belarus rublu məzənnəsini dəstəkləmək üçün Belarus Valyuta-Fond Birjasında valyuta satması ilə əlaqədardır.
Qeyd edilir ki, 2019-cu ildə Belarusun qızıl-valyuta ehtiyatları 31,2 faiz artaraq rekord dərəcəyə- 9,4 milyard dollara qalxıb. Ehtiyyatlar əsasən daxili bazarda valyuta alınması hesabına doldurulub.
Belarus rublunun ciddi ucuzlaşması səbəbindən əhalinin xarici valyutaya tələbi hələ də qalmaqdadır.(oxu.az)
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki