Estoniya Rusiya ilə quru sərhədini bağladıbackend

Estoniya Rusiya ilə quru sərhədini bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya ilə Rusiya Federasiyası arasında Narva-İvanqorod keçid məntəqəsində sərhəd bağlanıb.

Bunun Estoniyanın Narva şəhərində T-34 memorial tankının və digər sovet abidələrinin sökülməsi ilə əlaqədar olduğu ehtimal edilir.

“Şahidlərin sözlərinə görə, Estoniya sərhədçiləri artıq bir neçə saatdır Rusiya Federasiyasından gələn insanları, o cümlədən Estoniya sakinlərini ölkə ərazisinə buraxmırlar. Sərhədin nə vaxt açılacağı ilə bağlı hələlik məlumat yoxdur”, – deyə yayılan məlumatda bildirilir.

ERR dövlət yayım portalında qeyd edilir ki, tankın abidəsi artıq postamentdən götürülüb və Tallinə doğru hərəkət edən hərbi treylerə yüklənib.