backend

EŞQİN QARANLIQ TƏRƏFİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir adam sizə aşiq olar və sevər… Siz öncə naz edərsiniz… Bir adam sizə aşiq olar və sevər… Siz öncə naz edərsiniz…

“Mənə bir az vaxt ver, düşünməyim lazımdı” -deyərsiniz. Çünki əmin deyilsiniz! İnanmırsınız ki, bir nəfər sizi sevə bilər. Mənim kimi axmaq adamı kim sevə bilər ki ?!   Yüz faiz burda məni sevən adamın məndən istifadə etmək niyyəti var. “Oha, məni sevirlər…” deyə düşünərsiniz … Bu sevgiyə özünüzün də haqqının çatmadığını bilirsiniz, əslində. 

Qarşı tərəf sizi aldatdığında, zənginizə cavab vermədiyində mesajınıza baxmadığında…Bəli, bəli… Mən necə bu insanın məni sevdiyinə inana bildim ki? Düşünərsiz ki,  mənim kimi bir heyvani varlığı necə sevmək olar ki? Mən seviləcək bir varlığam ki? Sonra qısqanclıq başlayar.. Qısqanclıq nədir? Öz güvənin aşağı olması, aldadilmaq qorxusu… 

Bəli, özünə əmin olan kişi və qadınlar sevgilərinə inanır və güvənir onlar aldadılmayacaqlarına 100% əmindirlər. Sevgilimin danışdığı kişinin bədəni mənimkimdən daha yaxşıdı, onun maşını var! Mənim yox! Məni onunla aldada bilər qorxusu… Qadınların qısqanclığı isə  kişilərə nisbətən daha məntiqlidir. Bir dostumun dediyi kimi qısqanc qadın yoxdur, məməsinə güvənməyən qadın vardır! 

Ayrılıq... Ayrılıq nədir?  Bağlandığın bir adam tərəfindən tərk edilmək, yalnız qalmaq qorxusu… Eynilə qısqanclıq kimidir. Tərk edildiyinizdə eynilə yuxarıda yazdığım kimi deyəcəksiniz:”Bəli,li əlbətdə ki, mənim kimi bir təzək parçasını kim sevər ki? Mənim qismətimdi yalnızlıq!

Davud