“Əslində qazın qiymətinin qaldırılması etiraz tonqalını yandırmaq üçün bir qığılcım idi…”backend

“Əslində qazın qiymətinin qaldırılması etiraz tonqalını yandırmaq üçün bir qığılcım idi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər biz Qazaxıstanda son illərin durumuna baxsaq, Nazarbayevin hakimiyyətdən getməsi, yerinə Tokayevi gətirməsi və özünün yenə də hakimiyyəti idarə etməsi elə belə deyildi. Bu artıq böhran vəziyyət idi və özləri də bilirdilər ki, bundan cəmiyyət narazıdır, islahatlar, dəyişikliklər istəyirlər”. TİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Qazaxıstandakı hadisələri şərh edərkən deyib. M.Əliyev baş verən hadisələrdə problemin kökünün araşdırılmasının vacib olduğunu bildirdi:

“Ona görə də bu şəkildə imitasiya etdilər, müəyyən dərəcədə cəmiyyətdə ümid yaratdılar ki, nəsə dəyişəcək. Amma heç nə baş vermədi. Qazaxıstanda vəziyyət 2014-cü ildən pisləşməyə başlamışdı və o vaxtdan da bu günə kimi vəziyyət düzəlmirdi. Ona görə də bu iqtisadi, siyasi yorğunluq gec-tez baş verməliydi. Əslində qazın qiymətinin qaldırılması etiraz tonqalını yandırmaq üçün bir qığılcım idi. Biz sonuncu hadisələrə nəzər salsaq, hakimiyyət qazın qiymətini qaldıranda bildirdi ki, heç nə dəyişməyəcək. Amma etirazlar genişlənəndə qiyməti aşağı saldı, ardınca hökuməti istefaya göndərdi. Yəni hakimiyyətin addımları kifayət qədər nə ardıcıl, nə də səmimi deyildi. Ona görə də etirazlar daha da genişləndi və proseslər nəzarət altından çıxdı. Birinci növbədə səbəbi burda axtarmaq lazımdır ki, pis idarəetmə, insanların sosial rifahının pisləşməsi və bir də ki, kifayət qədər insanlar maariflənib və normal, demokratik cəmiyyətdə yaşamaq istəyirlər.

Qazaxıstdanda Rusiyanın da, Amerikanın da və digər dövlətlərin də maraqları var. Amma bunlar əsas deyil. Əsas hakimiyyətin apardığı siyasət və bunun nəticəsidir. Problemi burda axtarmaq lazımdır”.