Tribuna İnformasiya Agentliyi

“Əsl qanun insan mədəniyyətidir ki…”

22 Noyabr

 80 faiz sürücünün çaş-baş qaldığı bir məsələyə aydınlıq gətirmək istəyirəm. 80 faiz sürücünün çaş-baş qaldığı bir məsələyə aydınlıq gətirmək istəyirəm.

Ona görə bir neçə gün gəzib araşdırdım ki, yalan məlumat olmasın.

Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küçəsindən Mikayıl Müşfiq küçəsinə qalxan yolda (dairənin başlanğıcı) Nərimanov küçəsindən gələn avtomobillər heç bir (dur, yol ver və s.) işarələr olmasa da, məcburi olaraq sağdan gələn (dairəyə girən) avtomobillərə yol verməlidir.

Əslində isə, əsl sürücülərə məlumdur ki, burada yol hər iki tərəfə aiddir.

Düz gedənin özünəməxsus yolu var və sağdan dairəyə daxil olan avtomobilin isə özünəməxsus yolu var.

Bunlar haqda aşağıda daha ətraflı yazacam amma ilk növbədə problem haqqında bir az danışmaq istəyirəm.

Demək, heç bir işarə olmadan, səbəb olmadan Nərimanov küçəsindən hərəkətdə olan avtomobil əgər bu dairəyə yaxınlaşarkən sağdan gələn atomobilə yol verməsə, 4 bal və 50 manat cərimələnir. Təbii ki, klassik DYP sisteminə uyğun olaraq. DYP protokolu yazır və deyir ki, “Vətəndaş, mən əmr quluyam. Mənim vəzifəm işimi görməkdir. Doğru və ya yalnış yazdığımı düşünürsünüzsə, qanun çərçivəsində məhkəməyə müraciət edə bilərsiniz. əgər narazıçılıqınız olsa, istədiyiniz zaman gedib şikayət edə bilərsiniz” deyərək sürücünü “yola verir”. Sürücü də yazıq nə etsin? Təbii ki, qanun qarşısında boyun əyir hər bir vətəndaş kimi amma sonra uzatmır, gedir cəriməsini ödəyir. Çünki uzatsa ona baha başa gələcək. Vəkil pulu, (dəqiq adını bilmirəm) səhv etmirəmsə məhkəmə pulu da verilir. Hər halda 150-200 manatı ötüb keçir. Buna görə salamatı quzu balası kimi gedib cəriməni ödəməkdir.

Bəs olmaz ki, ümumiyyətcə, belə nöqsanlara yol verilməsin? Əslində bu bir nöqsan deyil. Açıq-aydın qurulmuş tələdir. Əminəm ki, yuxarı orqanların bu dairədən və bunun kimi digər yollardan xəbərləri yoxdur və bir vətəndaş kimi ilk öncə yuxarıda oturan məmurlarımızı məlumatlandrmaq bizim borcumuzdur.

Bu məqaləmdə həm videolar var həm də şəkillər. Şəkillərdə yolun faktiki vəziyyəti ilə tanış edəcəm sizi. Videolarda isə həm faktiki vəziyyət var həm də” əslində necə sürmək lazımdır” tanışlıqı var.

Yolda 4 xət var. Onlardan üçü əsas gələnlər üçün nəzərdə tutulub və sonradan əlavə olunan, yəni dördüncü zolaq isə sırf dairəyə daxil olan avtomobil üçün nəzərdə tutulub. 

Dairəyə daxil olan sürücülər nə üçün bir başa orta yola keçməklərinin səbəbi sürücü təcrübəsizliyindən əmələ gəlib. Onlar arxayndır ki, “əsas” yoldan gələn avtomobil onları gözləməyə borcludurlar. Ona da görə, əsas yoldan gələn avtomobil acizlikdən əyləcə basaraq gözləmııyi çıxış yolu görür.

Bu da məsələnin özü. Öz yolu ilə gedən avtomobil məcburi qaydada yol verməyi üstün tutur.

İndi bu şəkilə diqqətlə baxın. Sürücü normal gəlir və dairəyə daxir olur. Düzdür, əslində bu dairə olmasa da amma dairə adlandırılır. Hər nə isə, daxir olur və o öz yolu ilə davam edə bilər (bu haqda videoda var) amma nədənsə hər bir sürücü vərdişdən birinci yol (öz yolu) ilə yox, birbaşa üçüncü və ya dördüncü xəttə daxil olur və yolunu davam edir. Bunuda görən (öz yolu ilə gələn) sürücü maşını saxlayaraq yol verməyə məcbur olur.
Ümumiyyətcə bu elə bir yoldur ki sanki “loru qaydaları” prinsipinə xidmət edir.

“Loru qaydaları” ilə dediyim məsələ isə bundan ibarətdir. Loru dilində yol soldan gələnindir deyə bir məsəl var amma belə bir şəkil göstərim sizə. Bu şəkili ona görə çəkmişəm ki, göstərim ki, elə yollar var ki bu prinsip o yolda keçmir. Ona görə, avtomobili sürəndə qayda qanunlara diqqət yetirmək vacib olduğu kimidə, yol mədəniyyətini unutmaq lazımdlr deyil. Unutmayın, ilk qanun mədəniyyəti qoruyub saxlamaqdır. Düzdür, bu yazılmamış qanun olsa da, təbiətdən gələn qanundur. Təbiətimizə sahib çıxaq.

Rəşad Əlizadə